İran ötən il səhiyyə turizmindən qazandığı gəliri açıqladı

İran ötən il səhiyyə turizmindən qazandığı gəliri açıqladı
 

İran ötən il səhiyyə turizmindən 1 milyard dollara yaxın gəlir əldə edib.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İran səhiyyə nazirinin müavini Səid Kərimi bildirib.

Onun sözlərinə görə, keçən il xaricdən İrana müalicə üçün 1 milyon 200 minə yaxın insan gedib, 1 milyard dollar civarında gəlir əldə edilib.

“İran daha çox ginekologiya və mamalıq, sonsuzluq, göz xəstəlikləri, gözəllik müalicəsi, ürək və uşaq cərrahiyyəsi kimi sahələrdə üstünlük təşkil edir”, - deyə o əlavə edib.

İran rəsmisi səhiyyə turizmindən əldə olunan gəliri ildə 5-10 milyard dollar səviyyəsinə çatdırmağı hədəflədiklərini bildirib.

0.077237844467163