Rusiyada bir neçə azərbaycanlı ilə bağlı İŞ BAŞLADI – Nə baş verir?

Rusiyada bir neçə azərbaycanlı ilə bağlı İŞ BAŞLADI – Nə baş verir?
 

Polis miqrantlar tərəfindən döyülən yeniyetmələrin görüntülərini araşdırır.

Paralel.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, Yeni Moskva ərazisində naməlum şəxslər azyaşlıları döyüblər.

TASS yazır ki, bundan əvvəl Teleqram kanallarında “Azərbaycandan olan mühacirlərin” yeniyetmələri döyərək kameraya çəkdiyi barədə məlumatlar yayılıb. 

Videolardan birində gənc oğlan skamyada oturan yeniyetməni təpiklə vurur, digər iki nəfər isə ona baxır. 

Zərərçəkmiş zərbədən sonra ayağa qalxa bilmir, qarşı tərəf hadisə yerini tərk edirlər. Başqa bir videoda isə naməlum şəxslər çömbəlmiş yeniyetməni təpikləyirlər.

Qeyd edək ki, Rusiyanın “çoxmillətli” konseptində olan teleqram kanalı “Miqrantlar insanları döyür və sosial media üçün kameraya çəkirlər” məzmunlu məlumat paylaşıb və onların azərbaycanlı olduğunu, “quldurluq” etdiyini yazıb. 

Məlumat üçün bildirək ki, görüntülərdə onların azərbaycanlı olduğu bilinmir. Yəni hadisəni törədənlərin həmvətənlərimiz olduğunu sübut edəcək detal gözə dəymir.

Paralel.az  

0.020425081253052