Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial nə qanun tanıyır, nə Konstitusiya

Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial nə qanun tanıyır, nə Konstitusiya
 

Dövlətin sosial müdafiə, sığorta, ədliyyə, məhkəmə- hüquq siyasəti korrupsiyanın caynağındadır.

2007-ci ildən “Əmək pensiyaları haqqında” qanunla DSMF-ə keçən pensiya ödənişlərinin sosial, maliyyə, nəzarətedici qurumların yeminə çevrilməsi korrupsiyası getdikcə daha qabarıq formada üzə çıxır.

Korrupsiyanın qabarıqlığına baxın, “Əmək pensiyaları haqqında” qanunla Qarabağ əlillərinə, qazilərə nəzərdə tutulan əlavələr təyinatı üzrə verilmir, məhkəmə yolu ilə pensiyasının əlavəsinə nail olanların müıkiyyət hüququna (pensiya mülkiyyət növüdür- M.B.) isə illər sonra borclu qurumun dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını özbaşına dayandırması ilə qəsd edilir.

Bəyəm DSMF-in hansısa qurumunun, özü də məhkəmə qərarı ilə borclu edilən qurumunun , dövlətin adından çıxarılan məhkəmə qərarını, özü də 6 il sonra, ləğv etmək hüququ var? Korrupsiya özbaşınalığına fikir verin, Prezidentin, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin ləğv edə bilmədiyi qərarı DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, özü də 6 ildən sonra LƏĞV EDİB(!)

05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin dövlətin adından çıxardığı qərarla 1-ci dərəcəli Qarabağ əlili kimi pensiyaya “Əmək pensiyaları haqqında” qanunun 19.2.5 maddəsinə əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi həcmində (hazırda 110 manat) əlavə hesablanması öhdəliyi cavabdeh DSMF-in Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilib. 2023-cü ilin aprelinə kimi qərarın icrası həyata keçirilib.

Lakin 4 aydır borclunun hüquqi varisi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı özbaşına qərarın icrasını dayandırıb ki, “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi 2021-ci ildən ləğv edilib. Konstitusiyaya daha bir hörmətsizlik : FİLİAL BİLMİR Kİ, KONSTİTUSİYANIN 149-CU MADDƏSİNİN VII HİSSƏSİNƏ GÖRƏ, QANUNUN GERİYƏ QÜVVƏSİ YOXDUR və 129-CU MADDƏYƏ GÖRƏ DÖVLƏTİN ADINDAN ÇIXARILAN MƏHKƏMƏ QƏRARININ İCRASI MƏCBURİDİR!

Deyəsən, Xüsusu Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial nə qanun tanıyır, nə Konstitusiya.
Bakı İnzibati Məhkəməsinin hakimi, xanım Günel Sevdimalıyevanın 19.06.2023 tarixli məktubla Filialdan 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarın icra vəziyyəti və qaydası barədə ətraflı məlumatın qısa müddət ərzində məhkəməyə təqdim olunması TƏLƏBİNƏ hələ də saymazlıq göstərilir. Filialın direktor müavini Elnur Qurbanov 17.07.2023 -cü ildə verdiyi 07.07.2023 tarixli məktubla tələbkar 1-ci dərəcəli Qarabağ əlilinə “it ilində” cavab verildiyini yazıb. İndi söz Bakı İnzibati Məhkəməsinindir, İPM-in 120-ci maddəsi əsasında borclu inzibati orqana 50 min manadək cərimə tətbiq etmək məhkəmənin ixtiyarındadır. Cərimə tətbiq edilməsə, Filial özbaşınalığından əl çəkən deyil ; verdiyi əndrabadi cavabdan bəlli edir.

DSMF-in icbari şəxsi sığorta məsələləri departamenti də ötən ildən Qarabağ əlillərinə verilən birdəfəlik ödəmələri – qanpulunu yeyir. Qanpulu yeməyə baxın, sözügedən departament ilyarım ərzində heç bir problem olmadığını, “Xəstəlik haqqında” şəhadətnamənin ƏƏSMN altsisteminə inteqrasiya edilməli olmasını bildirib, bundan sonra özündən saxta kağız tərtib edib ki, “Azərsığorta” guya 1-ci dərəcəli Qarabağ əlilinə 19.03.2019-cu ildə 8800 manat ödəyib. Ödəniş sənədini 1 il 5 aydır “tapmayan” Dövlət Sığorta Kommersiya Şirkəti (DSKŞ) və Dövlət Sosial Müdafiə Fondu 4 aydır mütəşəkkil cinayətlə Ədliyyə Nazirliyinin Binəqədi icra şöbəsindən saxtalığı təsdiq edən arayış almağa girişiblər.

DSKŞ-nın idarə heyəti sədrinin müşaviri Ayaz Əliyev 09.06.2023 tarixli məktubla, 3 ay qabaq 10.03.2023 tarixli məktubla başqa müşavir Ceyhun Qurbanlı kimi, DSMF-in dövlət icbari şəxsi sığorta məsələləri departamentinin müdiri Kənan Hüseynov 19.06.2023 tarixli (bu məktub bir ay sonra 17.07.2023-də verilib) məktubla Ədliyyə Nazirliyinin Binəqədi icra şöbəsinə sorğu verildiyini bildirib, hələ də “qara otaqda olmayan qara pişiyi tapmaqla” boşuna süründürməçilik edirlər. Yəqin nəzarətedici qurumların da payı çatıb, yoxsa gərəksiz adi bir sorğuya 4 aydır cavab verilmirsə, “torbada pişik olduğunu” müəyyən etmək nə çətin işdir ki?!

Məğrur Bədəlsoy

P.S. Bakı İnzibati Məhkəməsi (qərarı qəbul edən Şərafət Məmmədova və hazırkı hakim Aygün Abdullayeva) borclu ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin rüşvəti ilə 20.06.2016 tarixli, 2-1(81)-1095/ saylı qərarının icrasını 7 ildir nəinki təmin edir, heç icraya belə yönəltməyib. Məhkəmənin keçmiş sədri Rəşid Rzayev özbaşınalığını indi də Xətai məhkəməsinə rüşvətə sədrlik etməklə sürdürür. Xətai məhkəməsinin 26.05.2009 tarixli 2(011)-451/09 saylı qətnaməsi ( yeri gəlmişkən, qətnaməni çıxaran hakim Toğrul Əliyev bu günlərdə Məhkəmə Hüquq Şurasına üzv seçilib) 15-ci ildir, 21.06.2011 tarixli, 2(011)-855/11 saylı qətnamədi isə 13-cü ildir, nəinki icra olunur, əksinə , tələbkar 1-ci dərəcəli Qarabağ qazisinə icranı tələb etdiyinə görə işgəncə verilməsi icra edilir.

 

0.022879838943481