Tarkan və Sinan Oğan eyni bölükdə xidmət ediblərmiş

Tarkan və Sinan Oğan eyni bölükdə xidmət ediblərmiş
 

Dünyaşöhrətli türkiyəli müğənni Tarkan və “ATA İttifaqı”ndan prezidentliyə namizəd olmuş siyasətçi Sinan Oğanın eyni bölükdə xidmət etdikləri ortaya çıxıb.

Paralel.az xəbər verir ki, bunu əks etdirən fotonu sosial media istifadəçilərindən biri paylaşıb.

“Atam, Sinan Oğan və Tarkan eyni bölükdə imiş”, - deyə o yazıb.

Türkiyə mediasında S. Oğanın Tarkanla eyni dövrdə xidmət etməsi müzakirələrə səbəb olub və onun da ödənişli xidmət etdiyi iddia olunur.

Xatırladaq ki, Tarkan müsahibələrinin birində hərbi xidməti haqda bunları demişdi: “Aslanlar kimi əsgərlik çəkdim. Çox xoşbəxtəm. Əsgərlikdə gözəl dostluqlar qurdum. Əsgərliyimi bitirdiyim üçün çox sevincliyəm. Gözəl günlər məni gözləyir”.

0.029935121536255