ABŞ bununla cinayət edir, cavabımız... - Putin

ABŞ bununla cinayət edir, cavabımız... - Putin
 

ABŞ-nin Ukraynaya kaset sursatlarının tədarükü cinayət kimi qiymətləndirilməlidir, çünki onlar özləri istifadə etdikləri hər bir hadisəni həmişə belə adlandırıblar.

Paralel.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

O əlavə edib ki, Ukrayna kasetli sursatlardan istifadə edərsə, Rusiya güzgü reaksiyası hüququnu özündə saxlayır: "Çünki Rusiyada bu müxtəlif növ sursatların kifayət qədər ehtiyatı var".

0.045322179794312