Rus avadanlıqlarından qurtulmalıyıq - General Telequsov

Rus avadanlıqlarından qurtulmalıyıq - General Telequsov
 

Rusiya-Ukrayna müharibəsi Qazaxıstan ictimaiyyətini Silahlı Qüvvələrin döyüş hazırlığı məsələsi üzərində düşünməyə vadar edir.

Paralel.az Orda.kz-a istinafən xəbər verir ki, istefada olan general-mayor Mahmud Telequsov hesab edir ki, Qazaxıstan mümkün qədər tez dördüncü və beşinci nəsil silah sistemlərinə keçməli və hava hücumundan müdafiə sisteminin yenidən silahlanmasına xüsusi diqqət yetirməlidir.

O, Rusiyanın S-300 zenit-raket komplekslərindən qurtulmağı, Ukraynada yaxşı nəticə göstərən Patriot və ya MEADS kimi Qərb sistemlərinin xeyrinə təklif edir.

0.015128135681152