Bütün dünya cavab gözləyir ki, ABŞ niyə Ukraynadakı münaqişənin bitməsini istəmir - Orban

Bütün dünya cavab gözləyir ki, ABŞ niyə Ukraynadakı münaqişənin bitməsini istəmir - Orban
 

“Ukraynadakı münaqişə ABŞ-ın istədiyi zaman dərhal sona çatacaq, bütün dünya Vaşinqtonun niyə münaqişəyə son qoymaq istəmədiyini anlamır və bu suala cavab gözləyir”.
Bizimyol.info xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, Ukrayna faktiki olaraq suverenliyini itirib: onun nə pulu var, nə hərbi sənayesi, nə də özünün hərbi istehsal gücü.

“O, pulu əsasən ABŞ-dan, hərbi vəsaitləri də amerikalılardan və Qərbdən alır. Əgər ABŞ desəydi ki, onlar sülh istəyirik, müharibəni dayandıraq, atəşi dayandıraq və danışıqlara başlayaq, bu, səhəri gündən sonra olacaqdı. Amerikalılar niyə bunu istəmir, NATO sammitində də cavab almadıq”, - bunu Orban Kossuth radiosuna açıqlaması zamanı bildirib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Orban bildirib ki, Ukraynada sülh yalnız Rusiya və ABŞ arasında danışıqlardan sonra bərqərar ola bilər və Avropa Minsk razılaşmalarını yerinə yetirə bilmədiyi üçün vasitəçilik şansını əldən verib.

Son olaraq qeyd edək ki, Macarıstan münaqişə başlayandan bəri ardıcıl olaraq Rusiyanın enerji resurslarına qarşı sanksiyalara və Ukraynaya silah göndərilməsinə qarşı çıxıb. 2022-ci ilin martında Macarıstan parlamenti Ukraynaya ölkə ərazisindən silah tədarükünü qadağan edən fərman verib. Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Szijjarto izah edib ki, Budapeşt macarların yaşadığı Zakarpatiya ərazisinin təhlükəsizliyini təmin etməyə çalışır, çünki onun ərazisindən silah tədarükü Rusiya Federasiyası üçün qanuni hərbi hədəfə çevriləcək.

Ölkə rəhbərliyi dəfələrlə vurğulayıb ki, Macarıstan sülh danışıqlarının tez başlamasının tərəfdarıdır.

0.013396024703979