Millimiz Lüksemburqa da uduzdu

Millimiz Lüksemburqa da uduzdu
 

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, yığma 17 və 20 -ci yerlər uğrunda qarşılaşmada Lüksemburq seçməsi ilə üz-üzə gəlib.

Görüş Azərbaycan komandasının məğlubiyyəti ilə bitib – 63:78

Millimiz daha əvvəl B Divizionunun C qrupunda Ukrayna, İsveç, Kosovo və Gürcüstana uduzub.

0.01298999786377