Zelenski Baydenlə müzakirə etdiyi mövzuları açıqlayıb

Zelenski Baydenlə müzakirə etdiyi mövzuları açıqlayıb
 

Cənab Prezident Baydenlə çox yaxşı görüşümüz oldu. Görüş nəzərdə tutulduğundan ən azı iki dəfə uzun çəkdi və kifayət qədər mənalı oldu.

"Paralel.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydenlə görüşdən sonra “Twitter“də yazıb.

“Protokol iclası dayandırmasaydı, daha çox danışacaqdıq. Bütün mövzular - uzunmüddətli dəstək, silahlar, siyasət, NATO barədə danışdıq. Biz bu müharibəni ümumi qələbəmizlə necə bitirəcəyimizi aydın görürük”, - o deyib.

0.021776914596558