Xankəndiyə Azərbaycan hərbçiləri daxil olacaq – Hovannisyandan sensasiya

Xankəndiyə Azərbaycan hərbçiləri daxil olacaq – Hovannisyandan sensasiya
 

Erməni siyasi müşahidəçi Samvel Hovannisyan sensasion açıqlamaları ilə diqqət çəkib.

Paralel.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya güclülərin tərəfini tutur. Ardınca isə o bildirib ki, hazırda güclü olan Ermənistan deyil, Azərbaycan.
 
“Yaxın gələcəkdə "Artsax Müdafiə Ordusu" (əslində Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələr - KB) ləğv olunacaq. Azərbaycan Silahlı Qüvvələri Artsax ərazisinə daxil olacaq və burada öz qaydalarını quracaq. Qarabağın erməni əhalisinin inteqrasiyası prosesi başlayacaq”, - Hovannisyan deyib.

O ehtimal edir ki, birgə patrul (Rusiya sülhməramlıları və Azərbaycan təhlükəsizlik qüvvələri) ilə bağlı razılıq əldə oluna bilər: “Amma bizim üçün bu, çox zəif “anesteziya” olacaq”.

0.022060871124268