Rublun məzənnəsi psixoloji həddən aşağı düşdü - "Problem dərinləşəcək"

Rublun məzənnəsi psixoloji həddən aşağı düşdü -
 

Rusiya rublunun dollara nisbətən məzənnəsi psixoloji həddən aşağı düşüb. Son həftələr milli valyutası kəskin ucuzlaşan Rusiyada 1 dollar almaq üçün artıq 90 rubldan çox ödəniş etmək lazımdır. Dollara nisbətən rublun məzənnəsi bu gün 92 olub.

Paralel.az xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, Moskvada səsləndirilən nikbin açıqlamalara rəğmən sanksiyalar rublu sıxmaqdadır: "Şimal qonşumuza daxil olan xarici valyutanın azalması məzənnəyə təsirsiz ötüşmür. İxrac imkanları məhdudlaşan Rusiyada xarici valyutaya tələbin artması da müşahidə olunur".

Millət vəkili bildirib ki, sanksiyalar genişləndikcə Rusiya iqtisadiyyatında neqativ trendlərin dərinləşəcəyi gözləniləndir: "Reallıq bundan ibarətdir ki, Rusiya Mərkəzi Bankının alətləri çoxsaylı deyil və bu da intervensiya imkanlarını məhdudlaşdırır".

"Rublun ucuzlaşmasının manata təsirlərinə gəldikdə isə bir daha qeyd etmək istərdik ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün milli valyutanın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledicidir", - deyə V. Bayramov əlavə edib.

Könül
Paralel.az

0.022974014282227