Rusiya Ukraynada məktəbə hücum etdi: ölən və yaralananlar var

Rusiya Ukraynada məktəbə hücum etdi: ölən və yaralananlar var
 

Rusiya Ukraynanın Zaporojya şəhərinin cənubunda yerləşən Orixiv şəhərində humanitar yardımların saxlandığı məktəbə hücum edib. 

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat verib.

Hadisə nəticəsində 4 nəfər həlak olub, 11 nəfər yaralanıb.

10-dan çox adamın dağıntılar altında qaldığı, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. 

Ölənlərdən üçünün qadın olduğu açıqlanıb.

Polisin verdiyi məlumata görə, bölgədə araşdırmalar davam edir.

“Mülki əhaliyə qarşı istifadə edilən sursatın növünü istehkamçılar müəyyən edir. Polis əməkdaşları hərbi cinayətə dair sübutlar toplayır”.

Günay

0.018013954162598