Ermənilərin gizlənpaç oyunu, “Azərbaycan atəşi” - VİDEO

Ermənilərin gizlənpaç oyunu, “Azərbaycan atəşi” - VİDEO
 

Ermənistan kanalları Naxçıvanla sərhəddə tikilməkdə olan metallurgiya zavodunu guya “Azərbaycan tərəfindən atəşə tutulması”nın əks olunduğu video yayımlayıb.

Paralel.az xəbər verir ki, kadrlarda üç işçi müxtəlif istiqamətlərə qaçırlar. Amma maraqlıdır ki, hara vurdular, kim vurdu, haradan vurdular, məlum deyil.

Bu cür videolar müxtəlif yerlərdə çəkilən bir günlük parçalar ola bilər. Və ya gizlənpaş oynamaq istəyən zavod işçilərinin vaxtlarını səmərəli keçirmək arzusunun gerçəkləşməsi də mümkündür.

Ermənilər bunu da deyəcək potensialdadırlar: “Azərbaycan İrəvan metrosunun vaqonunu atəşə tutub!”.

Sadəcə, müşahidə kameralarından çəkiliş etmək lazımdır, hə, bu şəkildə guya inandırıcı görünür.

0.020385980606079