Fransada gərginlik artır: qatil polis üçün 700 min avrodan çox pul toplandı

Fransada gərginlik artır: qatil polis üçün 700 min avrodan çox pul toplandı
 

Fransada etirazlar fonunda ölkədə xaosu daha da böyüdəcək addım atılıb.

Paralel.az “Haberler.com”a istinadən xəbər verir ki, 17 yaşlı Nahel adlı yeniyetməni güllələyərək öldürən və saxlanılan polis məmuru üçün yardım kampaniyası başlanıb. İndiyədək 700 min avrodan çox pulun toplandığı açıqlanıb. 

Yardım kampaniyası keçmiş siyasətçi Jan Messiha tərəfindən həyata keçirilib. 

Kampaniya çərçivəsində polis əməkdaşına haqq qazandırılır və onun öz vəzifəsini icra etdiyi bildirilir.

Fransada iğtişaşlara 45 min polis məmuru səfərbər edilib.

Qeyd edək ki, Nahelin nənəsi Nadia Fransa mətbuatına müsahibəsində nəvəsini öldürən polis məmuru üçün bağışlanan pulların onun “ürəyini ağrıtdığını” dilə gətirib.

Məhəmməd Allahyarlı (təcrübəçi)

0.015738010406494