İsrail genişmiqyaslı hərbi əməliyyatlara başlayıb

İsrail genişmiqyaslı hərbi əməliyyatlara başlayıb
 

İsrail ordusu İordan çayının qərb sahilindəki Cenin şəhərində genişmiqyaslı antiterror əməliyyatı keçirib.

Paralel.az ” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.

“Hazırda təhlükəsizlik qüvvələri Cenin şəhəri və eyni adlı qaçqın düşərgəsi yaxınlığında genişmiqyaslı antiterror əməliyyatı keçirir”, - məlumatda deyilir.

Mətbuat xidmətinin məlumatına görə, İsrail təhlükəsizlik qüvvələri yerli yaraqlıların toplama məntəqəsi kimi istifadə etdiyi və İsrailə qarşı terror aktları planlaşdıran qərargaha hücum edib. Burada silah və partlayıcı maddələrin saxlanması üçün anbarın da olduğu qeyd edilir. İsrail təhlükəsizlik qüvvələri tərəfindən axtarılan fələstinlilər bu ərazidən təhlükəsiz sığınacaq kimi istifadə ediblər- İDF-nin məlumatında qeyd olunub.

 

0.019037961959839