“Qara Qaya” DSX-ni məhkəməyə verdi

“Qara Qaya” DSX-ni məhkəməyə verdi
 

Azərbaycan Dövlət Sərhəd Xidməti məhkəməyə verilib.

Paralel.az ” xəbər verir ki, “Qara Qaya” MMC dövlət xidməti ilə bağlı məhkəməyə müraciət edib.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - podrat müqaviləsi üzrə mübahisələrdir.

İşə hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq.

Qeyd edə ki, “Qara Qaya” MMC-nin dövlət qeydiyyatına alınma tarixi, qanuni təmsilçisi və nizamnamə kapitalı ilə bağlı məlumatlar Dövlət Vergilər Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarında yer almayıb. Şirkətin yalnız hüquqi ünvanı - Bakı şəhəri Nərimanov rayonu, 4-cü uzununa, ev 19B qeyd olunub.

Mətbuatda yer alan məlumatlarda isə “Qara Qaya” MMC-nin 2006-cı il martın 2-i qeydiyyata alındığı, nizamnamə kapitalının 2 manat olduğu qeyd olunur. Şirkətin qanuni təmsilçisinin isə Əliyarov Aydın Əliyar oğlu olduğu bildirilir. 

“Qara Qaya” MMC Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi bir sıra tenderlərin qalibi olub.

Könül
Paralel.az

 

0.012817859649658