Beyləqan Xəstəxanasının direktoru Nurəngiz Bəşirova vəzifədən çıxarılıb - FOTOLAR
Nəhayət, 3 ildən çox TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov tərəfindən himayə olunan, Beyləqan MX-nın direktoru, rüşvətxorluğu barədə həkimlərin, rayon sakinlərinin haray çəkdiyi direktor Nurəngiz Bəşirova, Respublika Prokurorluğunun apardığı araşdırmadan sonra bir neçə gün əvvəl vəzifədən uzaqlaşdırılıb.
Nurəngiz Bəşirovanın Beyləqan MX-nın direktor vəzifəsində çalışdığı müddət ərzində rüşvət və korrupsiya ilə məşğul olmasını təsdiq edən şikayət materialları kifayət qədər çox olsa da, Beyləqan RİH başçısı, yüksək səviyyədə rüşvətxor və korrupsioner Asif Ağayev və Rayon Prokuroru bir dəfə də olsun, Nurəngiz Bəşirovaya dayan, dur, demədilər, amma direktorun yığdığı rüşvətdən, törətdiyi korrupsiyadan gen-bol faydalandılar.
Ümumiyyətlə, Beyləqan kənardan gətirilən məmurlar tərəfindən soyulur, talanır, rəhbərliyə gətirilən məmurlar əxlaqsız hərəkətlər edirlər, hakimiyyətin yuxarı eşalonunun rayonda tüğyan edən rüşvətxorluğa, əxlaqsızlığa, özbaşınalığa göz yumulduğu çoxdan ənənəyə çevrildiyinə görə, əlacı kəsilən rayon əhalisi Beyləqanu "arıq eşşəyin yaylağı"na bənzədir...
Mirdaməd