Sahil Babayevin işçiləri Kəlbəcər köçkününün hüquqlarını pozur! 

Sahil Babayevin işçiləri Kəlbəcər köçkününün hüquqlarını pozur! 
 

Paralel.az Gününsəsi.info-ya istinadən xəbər verir ki, Mingəçevir şəhərində yaşayan Kəlbəcər köçkünü Nicat Məmişov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri tərəfindən hüquqlarının pozulmasından şikayət edir. 

Dövlət tərəfindən ona təyin olunan ünvanlı yardımın kəsildiyini vurğulayan Nicat Məmişov bildirir ki, nazirlik tərəfindən 3 aydan artıqdır ki, süründürməçiliyə məruz qalıb.

Nazir Sahil Babayevə müraciət edən Kəlbəcər köçkünü bildirib ki, Mingəçevirdə yaşayıram, ailəliyəm, bir övladım var, bu ilə qədər sosial yardım almışam. Lakin son zamanlar bir neçə aydır ki, sosial yardım üçün bütün lazım olan sənədləri təqdim etsəm də, ƏƏSMN işçiləri ailəmə sosial yardım almasına imkan vermir.

Köçkün cənab nazir Sahil Babayevdən xahiş edirəm ki, işçilərin yol verdiyi nöqsanlara son qoyulmasına və ailəsinə verilən sosial yardımın əsassız kəsilməsinin qarşısını almağı yardım etsin.

Şəbnəm Rəhimova
0.013703107833862