Putinlə anladığı dildə danışmaq lazımdır - Zelenski

Putinlə anladığı dildə danışmaq lazımdır - Zelenski
 

Rusiya Prezidenti Vladimir Putin və onun elitası reallıqla əlaqəsini itiriblər.

Paralel.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Onlar Rusiyanın genişmiqyaslı təcavüzünə səbəb olan çoxlu sayda insanın ölümünü görməməyi üstün tuturlar. Onlar həyatın qiymətini anlamırlar Ona görə də Putinlə heç bir kompromis ola bilməz. Dünya da onun təcridini genişləndirməklə, Rusiyaya təzyiq göstərməlidir. Canavarı əhliləşdirmək istəyirsiniz? Mənə elə gəlir ki, çox az adam buna nail olub. Onunla başa düşdüyü dildə danışmaq lazımdır. O isə gücdən anlayır”, - Zelenski bildirib.

0.02579402923584