Priqojin nəzarətində olan media-holdinqi ləğv edib

Priqojin nəzarətində olan media-holdinqi ləğv edib
 

Biznesmen və “Vaqner”in təsisçisi Yevgeni Priqojin “Patriot” media-holdinqini ləğv edir. 

Paralel.az ” xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Media-holdinqin tərkibinə daxil olan nəşrlərdən biri “Nevskiye Novosti” fəaliyyətini dayandırdığını açıqlayıb. “Bizim redaksiyamız fəaliyyətini dayandırır”, - nəşr yazır.

Biznesmen Yevgeni Priqojinlə əlaqəli bir neçə media orqanının və “media fabriki”nin “Patriot” media qrupuna birləşməsi 2019-cu ilin oktyabrında, Priqojin qrupun Qəyyumlar Şurasına rəhbərlik etdiyi vaxt məlum olub.  “Patriot” saytındakı məlumata görə, media qrupu “Laxta Plaza” yaşayış kompleksində yerləşir. Media qrupuna FAN agentliyi, “Ekonomika seqodnya” və bir sıra digər portallar daxil idi. 

Mürtəza
Paralel.az

0.012485980987549