Budanov: Priqojinin qiyamı uğur qazansaydı, Rusiya ən azı...

Budanov: Priqojinin qiyamı uğur qazansaydı, Rusiya ən azı...
 

Dünyada cinayətkar təşkilat kimi tanınan “Vaqner” liderinin üsyanı uğur qazansaydı, o zaman Rusiya artıq bir neçə hissəyə parçalanacaqdı. 

Paralel.az ” xəbər verir ki, bunu “The War Zone” nəşrinə açıqlamasında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib. 

“Əgər Priqojin ilkin planını həyata keçirsəydi, Rusiya artıq ən azı iki hissəyə bölünəcəkdi... Çünki Priqojin həmin gün boş Kremlə girsəydi, ictimaiyyətə Kremlin boş olduğunu göstərərdi. Nazirlər yoxdur. Həqiqi yüksək rütbəlilər yoxdur, orada məmurlar yoxdur. Onların hamısı qaçıblar və o, indi Rusiyada güc olmadığını nümayiş etdirəcəkdi”, - Budanov bildirib. 

Baş kəşfiyyat idarəsinin rəhbərinin sözlərinə görə, bundan sonra digər rus məmurları - məsələn, Sankt-Peterburqdan olanlar da özlərinin legitim hökumət olduqlarını iddia etməyə başlayacaqdılar.

O əmindir ki, bu, ölkədə iki iqtidarın dərhal parçalanacağı bir vəziyyət yaradardı.

"Amma onların razılaşa bildiklərini və bunu etdiklərini nəzərə alsaq, bu, Rusiya rəhbərliyinə, Rusiya hakimiyyətinə vaxt verdi. Lakin yenə də onların hərtərəfli hakimiyyət dayaqları Priqojinin hərəkətləri ilə xeyli sarsıdıldı və heç vaxt əvvəlki kimi olmayacaq”, – Budanov vurğulayıb.

Mürtəza
Paralel.az

0.050995111465454