Vaşinqtondan İrəvana gözlənilməz sanksiyalar xəbərdarlığı

Vaşinqtondan İrəvana gözlənilməz sanksiyalar xəbərdarlığı
 

Amerikalı nümayəndə heyəti İrəvanda bir sıra görüşlər keçiriblər və Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşüblər.

“Ölkə. Az” xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidməti ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Ofisinin rəhbəri Ceyms O`Brayenin başçılıq etdiyi nümayəndə heyətinin keçirdiyi görüşlərdə Ermənistan-Amerika münasibətləri, regionda və beynəlxalq aləmdə baş verən proseslər,  o cümlədən Ermənistan-Azərbaycan arasındakı sülh danışıqlarınının durumu, Ermənistan-Türkiyə prosesinin normallaşdırılması kimi məsələlərin müzakirə edildiyi bildirilir. 

Təbii ki, bu məsələlərin müzakirəsi istisna deyil, amma əsas məsələ başqadır.  Amma unutmayaq ki, ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Ofisinin əsas funksiyası bunlar deyil, adından da göründüyü kimi əsas fəaliyyəti sanksiyalarla bağlı olan məsələlərdir. 

Bildiyimiz kimi Ermənistanın Rusiya-Ukryana müharibəsində Ermənistan Rusiyaya tətbiq edilən sanksiyalardan yan keçilməsində Moskvaya çox böyük dəstək verir və bunu Ağ Ev dəfələrlə İrəvanın diqqətinə çatdırıb. Ağ Ev hətta bir sıra erməni şirkətlərini sanksiyalar siyahısına salıb.  Lakin İrəvan nə Ağ Evin bu xəbərdarlığından, nə də şirkətlərə tətbiq edilən sanksiyalardan  nəticə çıxarıb və Moskvaya sanksiyalardan yan keçən dəstəyini davam etdirməkdədir. Bu gün Ağ Ev İrəvanı Rusiyanın təsir dairəsində uzaqlaşdırmaq üçün nə qədər onun “nazı” ilə oynasa da, beynəlxalq xarici siyasətində “qırmızı xətlər”inə məhəl qoymayan Ermənistanın  “şıltaqlıqlarına” da dözmək niyyətində deyil. İrəvanın bu hərəkəti təbii ki, Vaşinqtonu  qəzəbləndirib və səbir kasasını doldurub. Ona görə də, Ağ Ev sözünü birbaşa Ermənistan rəhbərliyinə çatdırıb, təhlükəli oyunlardan vaz keçməsini bildirmək üçün Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Ofisinin nümayəndə heyətini İrəvana göndərib.

Bu nümayəndə heyətinin əsas vəzifəsi İrəvanda bağlı qapılar arxasında ölkə rəhbərliyinə Moskvaya dəstək prosesi davam edəcəyi təqdirdə, Ermənistana qarşı ciddi addımlar atılacağı və hətta sanksiyaların tətbiq ediləcəyi barədə Ağ Evin ciddi xəbərdarlığını çatdırmaq olub. 
 
Mürtəza
Paralel.az

0.023932933807373