Fransadakı hadisələr Belçikaya da təsir etdi: 29 nəfər həbs edildi

Fransadakı hadisələr Belçikaya da təsir etdi: 29 nəfər həbs edildi
 

Belçikanın paytaxtı Brüsseldə bir qrup gənc Fransada 17 yaşlı gəncin polis atəşi nəticəsində ölməsindən sonra keçirilən nümayişlərə dəstək verməyə çağırıb.

Paralel.az “Haber7com”a istinadla xəbər verir ki, nümayişçilər avtobus dayanacaqlarının şüşələrini sındırıb, bəzi avtomobilləri yandırıblar. 

Yanğın baş verən ərazilərə yanğınsöndürənlər göndərilib.

Anneessens metro stansiyası bağlanıb, əraziyə nəqliyyat vasitələrinin girişi qadağan edilib. 

Şəhərin mərkəzindəki Lemonye bulvarında nümayişçilərlə hadisə yerinə gələn polis arasında qarşıdurma baş verib.

Polisin 29 nümayişçini saxladığı və onlardan 26-nın azyaşlı olduğu bildirilib. 

Günay

0.027714967727661