Ərəb Parlamenti "İsveç mallarını boykot etməyə" çağırdı

Ərəb Parlamenti "İsveç mallarını boykot etməyə" çağırdı
 

Ərəb Parlamenti Qurani-Kərimin yandırılmasına cavab olaraq İslam dünyasını “İsveç mallarını boykot etməyə, bu ölkəyə səyahət etməməyə və ciddi mövqe tutmağa” çağırıb.

Paralel.az xəbər verir ki, Ərəb Parlamentinin internet saytında Qurani-Kərimə qarşı edilən bu pozuntuların tam hüquqlu cinayət olduğu dərc edilib.

“Müqəddəs kitablara hörmət vacibdir. Bu davranış dinlərin təhqir olunmasını qadağan edən bütün beynəlxalq qanunlar və konvensiyalar tərəfindən rədd edilir.

İsveç məhsullarını boykot etmək və onlarla alış-verişin qarşısını almaq lazımdır. Sülhə və qardaşlığa çağıran, nifrət və zorakılığa çağırış təbliğatı rədd edən tolerantlıq anlayışı ilə İslama hörmət etmək zəruridir”, - bəyanatda qeyd edilib. 

Xatırladaq ki, İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika adlı şəxs dünən Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.

Günay

0.022972106933594