Zelenski: "Ukrayna heç vaxt razılaşmayacaq"

Zelenski: "Ukrayna heç vaxt razılaşmayacaq"
 

Ukrayna heç vaxt Rusiya ilə münaqişəni dondurmağa razı olmayacaq, ancaq alyanslara arxalanacaq, Avropa İttifaqı və NATO-ya tam üzvlüklə bağlı dialoqlar aparacaq.

Paralel.az ” xəbər verir ki, bunu  Vladimir Zelenski  Ali Radada çıxışı zamanı deyib.

"Dünya dürüst olmalıdır. Ukraynanın sülh formulu məhz belə bir sülhü nəzərdə tutur. Ukrayna heç vaxt dondurulmuş münaqişə variantlarının heç birinə razı olmayacaq. Əksinə, Ukrayna bu sülh formulu ilə ədalətli sülhə can atan dünyanın bütün digər xalqlara kömək edəcək”, - Zelenski qeyd edib. 

O qeyd edib ki, Ukrayna həmişə müttəfiqliklərə arxalanıb və bundan sonra da arxalanacaq.

Zelenski əlavə edib ki, Rusiya bütün qonşularına qul və düşmən kimi baxır.

“Dünya bizim tərəfimizdədir və olacaq. Ukrayna iştirak etdiyi tərəfdaşlıq və ittifaqları gücləndirəcək. Biz tarixən Aİ-ni gücləndirmişik və Avropa İttifaqına heç vaxt sahib olmadığı qədər güc vermişik", - Zelenski bildirib. 

Zelenski əmin edib ki, Ukrayna Avropa İtitfaqının və NATO-nun bir komponentidir.

“Onun tamhüquqlu üzvü olacaq. Artıq bu xəyal deyil, reallıqdır”, - o vurğulayıb.

Mürtəza
Paralel.az

0.057361841201782