Lənkəran Teatrında QALMAQAL! Yerli yazarlar nə istəyir?

Lənkəran Teatrında QALMAQAL! Yerli yazarlar nə istəyir?
 

 

Lənkəran Dövlət Dram Teatrında  teatrın direktor səlahiyyətlərini icra edən İntiqam Hacılının müəllifi və rejissoru olduğu  “ Qapıda öpüş”  tamaşasının növbəti nümayişi olub. Tamaşaçılar arasında Lənkəranın bir qrup yazarları da iştirak ediblər. Nümayişdən sonra tamaşanın iştirakçıları ilə yazarlar arasında  yeni tamaşanın müzakirəsi baş tutub.

Qalmaqalla  keçən müzakirədə gərgin anlar yaşanıb. Şahidlərin bildirdiyinə görə,  yerli yazarlar teatrın rəhbərliyini tamaşanın  idea-bəddi quruluşuna görə kəskin tənqid ediblər.

Yazıçı-dramaturq Hafiz Mirzəyə görə, Lənkəran tamaşaçılarına təqdim olunan bu tamaşa milli dəyərlərimizə zərbə vuran elementlərlə doludur.

 “Yazıçılar birliyinin Lənkəran bölməsinin 15 nəfərə yaxın üzvü ilə birlikdə dünən axşam Lənkəran teatrında “Qapıda öpüş” tamaşasına baxdıq. Deyim ki, heç özfəaliyyət kollektivi də belə  mənasız tamaşa  ilə tamaşaçı qarşısına çıxmaz.Tamaşanın dramaturji həlli yox idi, tamaşa başdan ayağa cəfəngiyatdan ibarət idi”.

Hafiz  Mirzə bildirdi ki, tamaşada Azərbaycanın milli dəyərləri olan şəxsiyyətlər təhqir edilib.

Tamaşanın qısa sujeti ondan ibarətdir ki,  aktrisa və ya müğənni olduğu dəqiq açılmayan, amma teatrın sürücüsü ilə isti münasibətlər yaşayan Natavan adlı gənc qız doğum gününü əri ilə birlikdə qeyd etmək istəyir, amma əri Nəsimi  3 saat yubanır. Nəticədə şərab kuzəsinə sarılmış qısaboylu Nizamini, sürücü Teymuru evinə rahatca buraxan Natavan Nəsimi gəldikdə onu evə buraxmır. Klassik şairimiz İmadəddin Nəsimiyə nəzərən vurğulanan, hətta başına çalma  da qoyan Nəsimi  obrazı səhnəyə  şalvarını indicə batıracaqmış  kimi daxil olur, "tamaşanın" sonunda  isə axır ki, qorxudan şalvarını isladır. O, mənzilinin qapısı arxasında əxlaqsız qızla rəqs etdiyi üçün, arvadı Natavan da içəridə onun acığına  maşınist Teymurla "rəqs" edir.  Bu Teymur isə ayağını əzdiyi üçün Əmir Teymurun  geyimində, hətta "Nəsimi" filmindən məlum səhnəni oynayaraq təqdim olunur. Sonda Nəsimi tanımadığı bir qadına qoşulub getmək istəyəndə Natəvan qapını açıb, onu zorla evə  salır.

Hafiz Mirzə bildirdi ki, belə tamaşalarla teatr cəmiyyətə hansı mesajı verir. Bu biz azərilərin  dəyərlərimiz səviyyəsində olan klassiklərimizi küçümsəməkdən, ələ   salmaqdan başqa bir şey deyil. Ərini qapı arxasında saxlayan, əxlaqsızlıq edən, şərab içən, qısa geyimli Natavan obrazı Xurşid Banu Natavan olaraq, şalvarını batıran, özünü idarə edə bilməyən, ayağı sürüşkən Nəsimi obrazı İmadəddin Nəsimi olaraq, başqasınn arvadına meyl edən  maşinist Teymur     Əmir Teymur olaraq, balacaboy, əyyaş Nizami obrazı isə Şeyx Nizami Gəncəvi olaraq tamaşaçıların şüuraltı təfəkkürünə cılız və gülünc  olaraq yeridilir. Budur əsas mesaj! Nizami Gəncəvi, İmadəddin Nəsimi, Xurşud Banu Natavan, Əmir Teymur sahibsiz deyil deyə yazarlar  etiraz ediblər.

Sonda Hafiz mirzə bildirdi ki, guman edirəm   teatrın rəhbərliyi bu "tamaşanı" repertuardan çıxardacaq.

“Paralel.az” 

0.021528959274292