"Vaqner"in qiyamı Ukrayna ordusu üçün hədiyyə oldu - Hərbi ekspert

 

"Vaqner” rəhbəri Yevgeni Priqojinin qiyamı istənilən halda Ukrayna üçün müsbət hadisə oldu.

Paralel.az ” xəbər verir ki, bunu regional əməkdaşlıq üzrə analitik mərkəzin beynəlxalq təhlükəsizlik müşahidəçisi, hərbi ekspert Vladimir Qulima “obosrevatel”ə müsahibəsində deyib. 

Onun sözlərinə görə, "vaqnerçilər”in cəbhədə olmaması, çox müsbət haldır. 

“Peşəkar "vaqnerçilər"in hücum hərəkətləri qoşunlarımızın başına xeyli bəlalar açıb. Onlarla birbaşa qarşılaşan hərbçilərimiz bildirirdilər ki, çox ciddi və məkrli düşməndirlər. Onların cəbhədən getmələri isə bizim üçün çox müsbət haldır”, - ekspert bildirib. 

Qulima əlavə edib ki, bu, Putin rejiminin zəifliyindən xəbər verir.

Ekspertin proqnozuna görə, Rusiya nüvə şantajını artıra bilər ki, bu da “çox uzun müddət” davam edəcək. 

“Ümid edirəm ki, bu mesaj Qərb tərəfdaşlarımıza çatıb, onlar bunu dərk ediblər və onların bizə dəstəyi artacaq”, - Qulima əlavə edib.

 

0.020142793655396