Avropa Azərbaycana görə Rusiyadan qorxur – “Forbes” səbəblərini yazıb

Avropa Azərbaycana görə Rusiyadan qorxur – “Forbes” səbəblərini yazıb
 

Avropa İttifaqı (Aİ) Rusiyanın Azərbaycanla qazanclı qaz müqaviləsini pozmağa çalışacağından qorxur.

Paralel.az aparıcı beynəlxalq iqtisadi nəşr olan “Forbes”ə istinadən xəbər verir ki, son 12 ay ərzində Aİ-nin Azərbaycanla enerji tərəfdaşlığı Avropanın ən mühüm strateji təmaslarından birinə çevrilib. Artıq bir neçə Avropa İttifaqına üzv dövlət Xəzər dənizindən qaz idxal və istifadə edir... Getdikcə daha çox Azərbaycan qazı İtaliya, Xorvatiya, Çexiya, Portuqaliya, İspaniya, Almaniya, Rumıniya, Yunanıstan, Avstriya və Bolqarıstana göndərilir.

Nəşr vurğulayır ki, Rusiya Avropanın Azərbaycanla əməkdaşlığa marağını sarsıtmaq və ya sadəcə olaraq Avropadan qisas almaq üçün erməni separatçılarından istifadə edərək Cənubi Qafqazda vəziyyəti gərginləşdirə bilər.

“Rusiya və Avropanın Qafqazdakı məqsədləri tamamilə ziddiyyət təşkil edir. Ermənistan və Azərbaycana növbəti müharibə lazım deyil. Qarabağda sülh Ermənistanın onilliklər boyu təcrid və yoxsulluqdan sonra iqtisadi inkişafını da təmin edir. Milyonlarla erməni illər ərzində öz vətənlərini tərk edərək ABŞ, Avropa və Rusiyadakı erməni icmalarına səpələnib.

Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün sakit Qafqaz lazımdır”, - deyə nəşr yazır.

0.022563934326172