"Qarabağ” məğlub edə bilməyəcəyimiz rəqib deyil"

 

“Qarabağ” məğlub edə bilməyəcəyimiz rəqib deyil”.

“Report”un məlumatına görə, bunu Polşa “Rakuv”unun Müşahidə Şurasının üzvü Voytsex Tsıqan UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri olan “Qarabağ” barədə yerli mətbuata açıqlamasında deyib.

Klub rəsmisi Ağdam təmsilçisi Polşa klublarının qənimi olması ilə bağlı fikirlərlə razılaşmadığını bildirib:

“Kimsə belə düşünə bilər. Amma biz qışda Türkiyədəki yoxlama oyununda bu komandaya 3:0 hesabı ilə qalib gəlmişik. Prinsipcə, Azərbaycan çempionuna qarşı mümkün qarşılaşma “Flora” ilə matçdan daha çətin olacaq. Amma ən önəmlisi meydanda baş verənlərdir. Hazırda əsas diqqətimizi I təsnifat mərhələsindəki rəqibə yönəltmişik”.

Qeyd edək ki, “Qarabağ" I təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"u ilə qarşılaşacaq. “Köhlən atlar” bu rəqibi keçə bilsə, növbəti raundda “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

0.018592119216919