Rəşad İlyasov onları bəyənmir

Rəşad İlyasov onları bəyənmir
 

Əməkdar artist Rəşad İlyasov yeni çəkilən yerli klipləri bəyənmir. 

Paralel.az xəbər verir ki, müğənni bu haqda MTV-yə açıqlamasında deyib. O bildirib ki, hazırda lentə alınan ekran işləri çox adidir:

"İndi çox sadə çəkirlər. Primitiv olub. Xaricdə bunu gözəlləşdirirlər: adi məkanı işıqlandırırlar, müğənnnin gözəlliyini önə çıxarırlar. Bizdə bu nüanslar nəzərə alınmır. Mən də narazıçılığımı bu cür bildirirəm. Bəsitliyə qaçırlar, cılızlaşma gedir. Heç kim demir, düşündürüm, sətiraltı nəsə deyim. Gözə oxşasınlar, adi bir şey.

Əfsuslar olsun ki, bu sənəti asan bilib cılızlaşdırırlar. Ona görə də gənclər deyir, nə varki... Gedim mən də müğənni olum. Habil Əliyevin bir sözü var idi: evdəki ilə yola getmirəm, qorxuram boşasam, gedib müğənni olar".

R.İlyasov şou-biznesdən bəzilərinin uzaqlaşdırılmasının lazımlığını vurğulayıb:

"Ələnməyin vaxtıdır. Camaat da əvvəlki kimi deyil, seçim çoxdur".

0.017487049102783