Azərbaycan klubundan iki günlük transfer: Türkiyəyə üz tutdu

Azərbaycan klubundan iki günlük transfer: Türkiyəyə üz tutdu
 

“Səbail” iki gün əvvəl transferini açıqladığı Coşqun Diniyevlə yollarını ayırıb.

Paytaxt təmsilçisinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, yarımmüdafiəçi Türkiyənin “Ümraniyespor” klubuna keçib.

“Dənizçilər” bunu azərbaycanlı oyunçunun legioner həyatı yaşamasına maneə yaratmamaq istəyi ilə əlaqələndiriblər. O da qeyd olunub ki, futbolçunun müqaviləsində xarici ölkə təmsilçisindən təklif alacağı təqdirdə klubun hər hansı maneə yaratmayacağı ilə bağlı bənd olub.
Qeyd edək ki, C.Diniyev son olaraq “Zirə”də oynayıb.

0.034543991088867