Rusiya sülhməramlıları növbəti dəfə erməni separatçıları himayə edirlər - VİDEO

Rusiya sülhməramlıları növbəti dəfə erməni separatçıları himayə edirlər - VİDEO
 

 Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingenti qanunsuz erməni silahlı birləşmələri tərəfindən daşınan hərbi yüklərin mühafizəsinə davam edir.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Təqdim edilən videogörüntülərdə sülhməramlıların zirehli texnikasının müşayiəti ilə yük və minik maşınlarının hərəkəti aydın görünür.
Xatırladaq ki, bundan əvvəl də Rusiya sülhməramlı qüvvələrinin erməni separatçılara yardımı ilə bağlı görüntülər yayılmışdı.

0.01258111000061