“Azərbaycan” Nəşriyyatının sabiq direktor müavini məhkəməyə verilib

“Azərbaycan” Nəşriyyatının sabiq direktor müavini məhkəməyə verilib
 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü “Azərbaycan” Nəşriyyatının sabiq direktor müavinini və oğlunu məhkəməyə verib.

Paralel.azın məlumatına görə, Axundov Emin Tofiq oğlu Ləbibov Ləbib Rasim oğlu və Ləbibov Rəşad Ləbib oğlu ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq məhkəmə işinin mahiyyəti qeyd olunmayıb.

Qeyd edək ki, L. Ləbibov “Azərbaycan” Nəşriyyatının baş direktorunun 1-ci müavini vəzifəsində çalışıb.

E. Axundov isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Könül
Paralel.az

 

0.014236927032471