AŞPA-da aparılan müzakirələr sülhə mane olur - Səməd Seyidov

AŞPA-da aparılan müzakirələr sülhə mane olur - Səməd Seyidov
 

“AŞPA-da Laçın yoluna həsr olunmuş qətnamə siyasi məqsədlə müzakirəyə çıxarılıb”.

Paralel.az ” xəbər verir ki, bunu Azərbaycan Respublikasının AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Laçın yoluna həsr olunmuş qətnamənin müzakirələri zamanı bildirib.

“AŞPA-da aparılan müzakirələr sülhə mane olur. Bu qətnamə qələmə verildiyi təkcə insan hüquqlarını müdafiə etmək məqsədilə deyil, siyasi məqsədlə müzakirəyə çıxarılıb. Məruzəçi qətnamədə Dağlıq Qarabağ kəlməsini çıxarmağa etiraz edir. Halbuki Dağlıq Qarabağ kəlməsi artıq mövcud deyil. Qarabağ Azərbaycanın tərkib hissəsidir və ölkə səviyyəsində dağlıq sözünün çıxarılması haqqında qərar verilib”, - Səməd Seyidov vurğulayıb.

“Burada aparılan söhbətlər Azərbaycanın bütövlüyünə qarşı yönəlib. Heç kim deyə bilməz ki, Qarabağ əhalisi, habelə uşaqlar arasında acından ölüm halı baş verib. Heç kim deyə bilməz ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağa girişinə mane olunub”, - o deyib.

0.026869058609009