İntihar etmək üçün çıxdığı minarədə döyüldü - VİDEO

İntihar etmək üçün çıxdığı minarədə döyüldü - VİDEO
 

Misirin cənubundakı Əl-Feyyum şəhərinin Şenhur kəndində ruhi xəstə olan 27 yaşlı Məhəmməd İbrahim məscidin minarəsinə çıxaraq intihara cəhd edib.

Paralel.az “İHA”ya istinadla xəbər verir ki, o, 2 nəfər tərəfindən döyülərək aşağı endirilib.

İbrahimi fikrindən daşındırmaq üçün kranın köməyi ilə minarəyə çıxan xilasedicilərin razı salma cəhdləri zamanı minarəyə çıxan iki nəfər İbrahimi döyərək intihara cəhdin qarşısını alıb.

Gənc minarədən endirilərkən ətrafdakılar intihar cəhdinin qarşısının alınmasını alqışlayıblar.

0.014518022537231