Ukrayna və NATO müntəzəm danışıqlara başlayıb

Ukrayna və NATO müntəzəm danışıqlara başlayıb
 

İyunun 20-də Ukrayna və NATO ekspertlərinin müdafiə planlaması üzrə müntəzəm məsləhətləşmələri başlayıb.

Paralel.az ” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

İclasda Ukrayna müdafiə nazirinin birinci müavini general-leytenant Aleksandr Pavlyuk və NATO baş katibinin əməliyyatlar üzrə köməkçisi Tomas Qoffus iştirak ediblər.

Qeyd olunub ki, müttəfiq dövlətlər 2022-ci ildə NATO-nun Madrid Sammitinin qərarı kontekstində alyans standartlarına keçid üçün öz yol xəritəsini hazırlamaqda Ukraynaya kömək edəcək.

Görüşdə həmçinin Ukrayna Müdafiə Nazirliyinin, Baş Qərargahın və müdafiə qüvvələrinin digər hissələrinin nümayəndələri və NATO Beynəlxalq Katibliyinin müdafiə planlaması üzrə ixtisaslaşmış ekspertləri iştirak ediblər.

0.017454147338867