İrandan 20 ölkəyə qarşı ittiham - SİYAHI

İrandan 20 ölkəyə qarşı ittiham - SİYAHI
 

İranın kəşfiyyat rəhbəri Məhəmməd Kazemi İsraili və digər 19 ölkəni hicab qaydalarını pozduğuna görə həbs edilən gənc qadın Məhsa Əmininin ölümü ilə bağlı İslam Respublikasında kütləvi etirazları qızışdırmaqda ittiham edib. 

Paralel.az ” xəbər verir ki, bu barədə “İran İnternational” yazıb.

"İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidmətlərinin apardığı araşdırmalar göstərir ki, iğtişaşlarda 20-yə yaxın ölkə iştirak edib", - Kazemi deyib.

Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Kanada, Belçika, İtaliya, İsrail və digər ölkələr “etirazları təşviq edən” ölkələr arasındadır. 

O əlavə edib ki, İranın bu yaxınlarda diplomatik əlaqələri bərpa etdiyi Səudiyyə Ərəbistanı, eləcə də BƏƏ də anti-İran kampaniyasında iştirak edir.

Mürtəza
Paralel.az

0.022869110107422