Azərbaycan-İran Birgə Komissiyasının həmsədrləri arasında telefon danışığı olub

Azərbaycan-İran Birgə Komissiyasının həmsədrləri arasında telefon danışığı olub
 

Bu gün Azərbaycan-İran Birgə Komissiyasının həmsədrləri - Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə İranın yol və şəhərsalma naziri Mehrdad Bazarpaş arasında telefon danışığı olub.

Paralel.az xəbər verir ki, telefon danışığında Birgə Komissiyanın gündəliyində olan layihələr müzakirə edilib.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Mehrdad Bazarpaş Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tamamlanmasına və ən sürətli şəkildə reallaşacağına ümidvar olduğunu bildirib.

Şahin Mustafayev iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafının zəruriliyini qeyd edib və iranlı naziri qarşıdan gələn Qurban bayramı münasibəti təbrik edib.

 

 

0.01505184173584