Almaniyaya turist vizası ilə gedənlər bu halda qala biləcəklər - YENİ QƏRAR

Almaniyaya turist vizası ilə gedənlər bu halda qala biləcəklər - YENİ QƏRAR
 

Almaniyada ixtisaslı işçilərin miqrasiyasını asanlaşdırmaq məqsədi daşıyan qanunvericiliyə düzəliş bu həftə parlamentdə müzakirə olunacaq. 

Paralel.az “HaberGlobal”a istinadən xəbər verir ki, əsasnaməyə görə, Almaniyaya turist vizası ilə gedənlər iş tapdıqları təqdirdə ölkəsinə getmədən iş icazəsi ala biləcəklər.

Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyası (FDP) parlament qrupunun sədrləri Katja Mast, İrene Mihaliç və Yohannes Vogel verdiyi açıqlamada qanun layihəsinin bu həftə parlamentdə səsverməyə çıxarılacağını bildirib.

Belə ki, martın 29-da Nazirlər Şurası Əmək və Daxili İşlər nazirliklərinin hazırladığı qanun layihəsini qəbul edərək parlamentə göndərib.

Bacarıqlı Əmək Miqrasiyası Qanununda ediləcək dəyişikliklə Almaniyaya Mavi Kartla gələcək universitet məzunlarından tələb olunan minimum ümumi gəlir ayda 3 min 500 avroya endirildi.

Martın 29-dan etibarən sığınacaq üçün müraciət etmiş şəxslər iş tapdıqları təqdirdə məşğulluq bazarına daxil ola biləcəklər.

Almaniyaya turist vizası ilə gələnlər iş tapdıqları təqdirdə ölkəsinə getmədən iş icazəsi ala biləcəklər.

Əmək naziri Hubertus Heil qanun layihəsinin ixtisaslı işçi qüvvəsinin təmin edilməsinə əhəmiyyətli töhfə verəcəyini bildirib.

Daxili işlər naziri Nensi Faeser ölkənin rifahını, biznes mərkəzi kimi güclü Almaniyanı və müasir immiqrasiya ölkəsini təmin etmək üçün çox yaxşı xəbər olduğunu deyib.

“Beləliklə, biz daxili potensialdan daha yaxşı istifadə etməyi və iqtisadiyyatımızın illərdir ehtiyac duyduğu ixtisaslı kadrları gətirməyi təmin edəcəyik.

İxtisaslı işçilərin tez bir zamanda Almaniyaya gəlib işə başlamasını və bürokratik maneələri aradan qaldırmaq istəyirik. Əgər insanlar öz peşəkar təcrübələrini və ya şəxsi potensiallarını özləri ilə gətirsələr, biz onların iş bazarımızda yer tutmalarına şərait yaradarıq”,-deyə o əlavə edib. 

Qeyd edək ki, Almaniyada xəstə və yaşlılara qulluq, santexnika, diş sağlamlığı, mülki və infrastruktur mühəndisliyi, tikinti materialları istehsalı sahələrində ixtisaslı kadrlara ehtiyac var.

 

0.012273073196411