Ermənistan son yola əl atdı: sərhəddə ABŞ bayrağı qaldırılacaq

Ermənistan son yola əl atdı: sərhəddə ABŞ bayrağı qaldırılacaq
 

Sabah Arazdəyənda tikilən metallurgiya zavodunun ərazisində Ermənistan və ABŞ bayraqları asılacaq. 

Paralel.az Ermənistan mediasına istinadən xəbər verir ki, bayraq qaldırma mərasiminin saat 13:00-da baş tutacağı bildirilir. 

Bütün erməni mediası “mərasimi işıqlandırmağa” dəvət olunur. 

Görünür, erməni şirləri son çarə kimi ABŞ bayrağından istifadə etmək qərarına gəliblər.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı etiraz bəyanatı yayıb. Həmçinin Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) Ermənistanın Arazdəyəndə yeni ekoloji fəlakətə yol açacaq layihəsi əleyhinə bəyanat yayıblar.

0.023800134658813