Sahibkar Ramil Aslanov: "Bəzi media kanallarında yayılmış xəbərlər yalandır və sifarişdir"

Sahibkar Ramil Aslanov:
 

Bakı Dövlət Gömrük İdarəsi sahibkarı təqib edir.

O, Paralel.az-a bəzi media kanallarında haqqında yayılmış informasiyanın yalan və məlum dövlət orqanının sifarişi olduğunu bildirib:

"Bu günlərdə kütləvi informasiya kanallarında mənim haqqımda  doğru olmayan məlumat yayılıb ki, guya məni Rusiya federasiyasının şəhərlərinin birində saxlayıblar və 2 il müddətinə azadlıqdan məhrum olmuşam.
Bu malumat tam yalandır, həmin şirkətlərə və insanlara mənim hec bir aidiyyətim yoxdur. Mənim şəklimi həmin xəbərlərə yerləşdirən məqsədi bəlli olan dövlət orqanlarının sifarişidir.
Barəmdə saxta məlumatlarla media kanallarında yayılan materiallar məlum dövlət orqanlarının mənə qarşı törətdikləri şəxsi qərəzıiiyin məhsuludur, sahibkarlara qarşı edilən məmur özbaşınalığını ört-basdır etməyə xidmət edən əməldir.
Ümumiyyətlə bir məsələni qeyd edim ki, media orqanlarının ən əsası vəzifəsi ondan ibarətdir ki, xəbəri ilk mənbədən aldığı real faktlar əsasında yaymalıdır. Bu gün bəlli qurumların əsas niyyəti odur ki, mənim timsalında öz haqqını tələb edən sahibkarlara təzyiq etsinlər, qorxudsunlar.
Bakı Baş Gömrük İdarəsi ilə apardığım haqlı mübarizədən geri çəksinlər, bu yolla digər sahibkarlara psixoloji təzyiq etsinlər. Bu cox uğursuz əməldir. Mən hazırda Azərbaycandayam, öz sahibkarlıq fəaliyyətimi davam etdirirəm. 
Eyni zamanda "Güvən 2012" MMC ilə əlaqədar Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi tərəfindən yaradılan süni əngəllərə, bürokratiyaya, qansusuz hesablamalara, süründürməçiliyə baxmayaraq, bu cür mənfi halların qarşısının alınması ücün mübarizəmi davam edirəm.
Yaxın zamanlarda bu mübarizənin müsbət nəticələri haqqında doğru məlumatları şəxsən özüm mediaya bildirəcəm.
Bu məlumatdan sonra yalan məlumatlara düzəliş etməyən mediya mənsublarına bildirirəm ki, vaxtı gələndə, təsdiq olunmamış məlumatları yayan mediya qurumları ilə hüquqi müstəvidə mübarizəmi davam etdirəcəyimi bəyan edirəm.
Sifarişlə yalan və böhtan məlumat yayan, sahibkarın işgüzar nüfuzuna zərbə vuran media orqanları nutmasınlar ki, xalq medianı təsadüfən 4-cü hakimiyyət hesab etmir.
Sonda dövlət vəzifəsini tutub, öz vəzifə borcunu yerinə yetirməyən, mediaya böhtan və yalanlarla sifariş verənlərə xatırladmaq istəyirəm ki, Cənab Prezidentin dediyi kimi, hec kim toxunulmaz deyil. Kimlərsə, onlara həvalə olunmuş vəzifəsindən və əlindəki dövlət resurslarından istifadə edərək vətəndaşlara, sahibkara təzyiq etmək imkanı üçün verilməyib. Dövlət məmurunun əsas vəzifəsi xalqa, vətəndaşa layiqli xidmət etməkdir.

Abbas

0.029751062393188