Azərbaycanda 17 yaşlı qız qətlə yetirildi

Azərbaycanda 17 yaşlı qız qətlə yetirildi
 

Naxçıvanda 17 yaşlı qız öldürülüb.

Bu barədə "Qafqazinfo"ya Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 18-də Kəngərli rayon Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın kəsici-deşici alətlə xəsarət yetirilərək qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hadisəni törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Nəticə barədə əlavə məlumat veriləcək.

0.018907070159912