Çexiya bu tarixdə kosmik stansiyaya astronavt göndərə biləcək

Çexiya bu tarixdə kosmik stansiyaya astronavt göndərə biləcək
 

Çexiya gələn il Yerə yaxın orbitdə fəaliyyət göstərən Beynəlxalq Kosmik Stansiyaya (BKS) astronavt göndərə biləcək.

Paralel.az xəbər verir ki, bu barədə novinky.cz xəbər portalı məlumat yayıb.

Çexiya hökuməti SpaceX Crew Dragon pilotlu kosmik gəmisinin ekipajına çex astronavtı göndərmək təklifi alıb. Kosmik missiyanın həyata keçirilməsi üçün lazımi miqdarda vəsait toplanmaq şərti ilə gələn ildə baş tutması nəzərdə tutulur.

Çexiya astronavtının orada iştirakına görə təxminən bir milyard kron (təxminən 46 milyon dollar) ödəməlidir.

İndiyədək Çexiyanın yalnız bir nümayəndəsi Vladimir Remek kosmosda olub. Kosmonavt-tədqiqatçı kimi o, 1978-ci il martın 2-dən martın 10-dək Aleksey Qubarevin idarə etdiyi “Soyuz-28” kosmik gəmisində “İnterkosmos” proqramı üzrə uçub.

0.020852088928223