"Azərbaycanla Ermənistan arasında toqquşmaları Rusiya törədir" - Tapdıq Abbas
"Cənubi Qafqaz uğrunda Qərblə Rusiya arasında mübarizə getdikcə şiddətlənir. Qərb regionda sülhün bərqərar olmasına, Rusiya isə regionda hərbi təxribatlar törətməklə Azərbaycanla Ermənistan arasında gərginliyin artmasına çalışır".
Bu fikiri Azərbaycanla Ermənistan arasında baş verən hərbi toqquşma barədə Paralel.az-a açıqlamasında Tapdıq Abbas ifadə edib.
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ABŞ-da keçirləcək görüş ərəfəsində 15 iyunda Azərbaycanın Laçın, Zəngilan, Füzuli və Naxçıvan istiqamətlərində Ermənistan hərbçilərinin mövqeylərimizi atəşə tutması, heç şübhə yoxdur ki, birbaşa olmasa da, dolayısı ilə Rusiyaya bağlı qüvvələrin hərbi təxribatıdır.
Rusiya Azərbaycanla Ermənistanı daim nəzarətində saxlamaq və Cənubi Qafqazdan çıxmamaq üçün iki ölkə arasında daim gərginliyin artmasını çalışır.
Şahnaz