Filippində 6,3 bal gücündə zəlzələ baş verdi

Filippində 6,3 bal gücündə zəlzələ baş verdi
 

Filippinin Batanqas əyalətində 6,3 bal gücündə zəlzələ baş verib.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu açıqlama verib.

Episentri Kalataqan bölgəsindən 15 km qərbdə olan zəlzələnin yerin 119 km dərinliyində baş verdiyi qeyd edilib.

Hadisə nəticəsində insan təlafatı yoxdur və hər hansı əmlak zərər görməyib.

Zəlzələ zamanı panikaya düşən Filippinlilər təşviş içində küçələrə axışıb. 

Hadisə ilə əlaqədar bəzi bölgələrdə məktəblərin və dövlət müəssisələrinin fəaliyyəti dayandırılıb.

Filippin Milli Dəmir Yolları təhlükəsizlik yoxlamaları səbəbiylə bəzi qatar xidmətlərinin dayandırıldığını açıqlayıb. 

Günay

0.016358137130737