Messi növbəti dünya çempionatında oynayacaq? - AÇIQLAMA

Messi növbəti dünya çempionatında oynayacaq? - AÇIQLAMA
 

2022-ci ilin dünya çempionu Lionel Messi 2026-cı il dünya çempionatında iştirak etmək fikrində olmadığını bildirib.

“Xeyr, məsələ budur ki, mən bir dəfə növbəti dünya çempionatında iştirak etməyəcəyimi demişdim. Qətərdəki dünya çempionatı mənim üçün sonuncudur. Görək nə olacaq, amma prinsipcə növbəti dünya çempionatında oynamayacağam”, - Messi bəyan edib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.
Messinin 37 yaşı var və o, karyerasını Amerikanın “İnter Mayami” klubunda davam etdirəcək.(oxu.az)

0.017997026443481