Rusiya Zelenskinin doğulduğu şəhərə hücum etdi: ölən və yaralananlar var- VİDEO

Rusiya Zelenskinin doğulduğu şəhərə hücum etdi: ölən və yaralananlar var- VİDEO
 

Rusiya ordusu Ukrayna Prezidenti Volodimir Zelenskinin doğulduğu Krivoy Roq şəhərinə raket hücumu edib.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə regional qubernator Sergey Lısak sosial media hesabında paylaşım edib.

İlkin məlumata görə, 5 mərtəbəli binada 3 nəfər həlak olub, 25 nəfər yaralanıb. Xəsarət alanlardan 19-nun xəstəxanaya yerləşdirildiyi bildirilib.

Zelenski sosial şəbəkə hesabında doğulduğu Krivoy Roqa hücuma münasibət bildirib. 

“Rus qatilləri evlərə, şəhərlərə və insanlara qarşı hücumlarını davam etdirirlər. Təəssüf ki, ölənlər və yaralananlar var. Yaxınlarını itirənlərə başsağlığı verirəm. Xilasetmə əməliyyatı davam edir. Terrorçular heç vaxt bağışlanmayacaq və atdıqları hər raketə görə məsuliyyət daşıyacaqlar”.

 

 

 
0.012332916259766