Ukrayna Almaniyadan daha çox istəyir

Ukrayna Almaniyadan daha çox istəyir
 

Ukraynaya daha çox Qərb döyüş tankları, piyadaların döyüş maşınları və digər zirehli maşınlar lazımdır. 

Paralel.az ” xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Andrey Melnik açıqlamasında deyib.

O, hesab edir ki, Berlin Kiyevə artıq təhvil verilmiş 18 tankdan daha çox tank göndərə bilər. Almaniyanın ehtiyatında 300 tank var.

Ukraynalı diplomatın fikrincə, təhvil verilən tankların sayı Almaniyanın özünümüdafiə qabiliyyətinə xələl gətirmədən üç dəfə artırıla bilər. 

Nazir müavini həmçinin Ukrayna ordusuna daha 60 “Marder” piyada döyüş maşınının verilməsini istəyib. 

Mürtəza
Paralel.az

0.04403018951416