Televiziyamızın Nərgizi…
Televiziyamızın Nərgizi…
Onu həmişə diqqətlə izləmişəm, maraqlı müsahibələr aparır. İndiyədək aparıcısı olduğu verilişlərin hamısı gözəl alınıb. Həm diktor və həm də aparıcı kimi peşəkardır.
Deyir ki:- “Çox xoşbəxt insanam, çünki səhnədə və efirdə səviyyəmi qorumağı bacarmışam. Bu, hər adamda belə alınmır. Əminəm ki, bu dəyərli görünüşü hələ uzun müddət saxlayacam. Peşəmi çox sevirəm, çalşıram ki, bu sahədə özümü uzun müddət göstərim. Çünki nə vaxtsa bu sənət məni xilas edib. Şəxsi həyatımda olmasa da, işimdə xoşbəxtəm. Düzdür, mən də bir vaxtlar xoşbəxt, kiminsə sevimlisi olmuşam. Gözəl həyat yaşamışam. Amma təəssüf ki, qızım təkdir. Həyatımda ən böyük səhvim ikinci dəfə ana olmamağımdır. Qızımın 10 yaşı olanda boşandım və heç vaxt ailə qurmadım…”
Bəli, Nərgiz Cəlilova xoşbəxt adamdır. Hələ uzun müddət insanların yaddaşında yaşayacaq.
Bu gün onun ad günüdür, 63 yaşı tamam olur. Mən bu rəqəmi 36 kimi qəbul edib, onu təbrik edir, möhkəm cansağlığı arzulayıram.
Çox yaşasın!
Elman Eldaroğlu
"Paralel.az"