Stoltenberq NATO ölkələrinə çağırış etdi
“NATO ölkələri ekoloji fəlakətlə əlaqədar Ukraynaya yardım göstərməlidir”.
Paralel.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq təşkilatın komissiya iclasında bildirib.
O, alyans ölkələrini ekoloji fəlakətə görə Ukraynaya təcili humanitar yardım göstərməyə çağırıb.
Qeyd edək ki, iyunun 6-da gecə saatlarında baş verən partlayış nəticəsində Kaxovka su elektrik stansiyasındakı bəndin 28 dirəyindən 11-i dağılıb.